525.Az

Norveç səfiri Gəncəyə səfər edib


 

Norveç səfiri Gəncəyə səfər edib<b style="color:red"></b> Norveçin Azərbaycandakı səfiri Bard Svendsen Gəncəyə səfər edib.
 
APA-nın qərb bürosunun məlumatına görə, səfiri ilk olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qəbul edib.
 
Gəncənin tarixi, iqtisadi potensialı, sənaye imkanları, mədəni həyatı və quruculuq işləri haqqında qonağa ətraflı məlumat verən icra başçısı bildirib ki, Norveç hökumətini ölkənin ikinci şəhəri Gəncəyə marağı təqdirəlayiqdir və bu, hər iki ölkənin daha geniş formada gələcək əməkdaşlığına sanballı bir töhfədir.
 
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən səfir Bard Svendsen deyib ki, bu onun Gəncəyə ilk səfəridir və səfər çərçivəsində ölkələr arasında olan işgüzar münasibətlərin daha yaxın əlaqələrə çevrilməsin istəyir. Qəbulun sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib.
 





08.12.2014    çap et  çap et