525.Az

Azərbaycan və Türkiyə arasında Hərbi Dialoq keçiriləcək


 

Azərbaycan və Türkiyə arasında Hərbi Dialoq keçiriləcək<b style="color:red"></b> Dekabr ayının 16-17-də Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək.
 
Bu barədə APA-ya Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
 
İclasda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək. İclasda hər iki tərəfdən Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarının, həmçinin müdafiə sənayesinə məsul qurumların nümayəndələri iştirak edəcəklər.
 
Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir.
 
APA-nın məlumatına görə, Azərbaycan tərəfdən nümayəndə heyətinə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev rəhbərlik edəcək. Buna qədər Hərbi Dialoqa qatılan Azərbaycan heyətinə müdafiə nazirinin sabiq müavini Çingiz Məmmədov rəhbərlik etmişdi.
 





09.12.2014    çap et  çap et