525.Az

Böyük Britaniya Parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin illik şam yeməyi olub


 

Böyük Britaniya Parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin illik şam yeməyi olub<b style="color:red"></b>

Böyük Britaniya Parlamenti İcmalar Palatasının məşhur Çörçil zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib.

Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin Cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan diaspora təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Lord German İngiltərə-Azərbaycan Cəmiyyətininin həmsədri olaraq ilk dəfə ənənəvi şam yeməyində iştirak etməkdən məmnunluğunu ifadə edib, Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri professor Nərgiz Paşayevaya Cəmiyyətin fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Cəmiyyətin həmsədri olmaqdan şərəf hissi duyduğunu ifadə edən Lord German, həm cəmiyyətin bundan sonrakı fəaliyyətində, həm də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsində əlindən gələni əsirgəməyəcəyini qeyd edib. Bildirilib ki, Cəmiyyətin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsində qarşıya qoyduğu məqsədlərə və missiyalara nail olduğunu görmək həqiqətən qürurvericidir.

Cəmiyyətin yaranma tarixindən bəhs edən Lord German Britaniya və Azərbaycan arasında dostluq və qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib. Əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdıran həmsədr, təhsil və mədəniyyət sahələrinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çıxışının sonunda Lord German Cəmiyyətin fəaliyyətinə dəstək verən hər kəsə təşəkkür edib.

Professor Nərgiz Paşayeva qonaqları salamlayaraq, qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıraraq, cəmiyyətin yeni ildə yeni uğurlar əldə edəcəyinə əminliyini vurğulayıb. Lord German ilə birgə çalışmaqdan şad olduğunu bildirən N.Paşayeva, onun cəmiyyət üçün fəaliyyətini yüksək qiymətləndirib. Professor Nərgiz Paşayeva çıxışının sonunda, Britaniya və Azərbaycan xalqına yeni nailiyyətlər qazanmağı arzu edib.

Səfir Tahir Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına töhfələrini yüksək qiymətləndirib. Cəmiyyətin həmsədrlərinin fəaliyyətinin təqdirə layiq olduğunu bildirən səfir, gələcəkdə daha böyük uğurlar əldə ediləcəyinə əminliyini ifadə edib.

Tədbir çərçivəsində gənc azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və britaniyalı arfa ustası Sali Prays Azərbaycan və dünya klassiklərinin əsərlərindən parçalar ifa ediblər.

 





09.12.2014    çap et  çap et