525.Az

Ermənistan prezidenti postuna ilk dəfə qadın namizəd


 

Ermənistan prezidenti postuna ilk dəfə qadın namizəd<b style="color:red"></b>

Ermənistanda ilk dəfə prezident vəzifəsinə qadın namizədliyi irəli sürülə bilər.

Lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu şəxs politoloq, Ermənistan Azad Demokratlar Partiyasının sədri Anuş Sedrakyandır. O, 2013-cü il fevral ayında gözlənilən prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır.

Məlumata görə, Anuş Sedrakyan son günlər yerli mediada müzakirə olunan bu məlumatı təkzib etməyib. Onun sözlərinə görə, hal hazırda bu məsələ partiya daxilində götür-qoy edilməkdədir.

“Bu müzakirələr özü özlüyündə yeni təfəkkür formalaşmasının əsasını təşkil edir. Biz artıq tanıdığımız namizədlərə öyrəşmişik və bizə elə gəlir ki, siyasətdə nəsildəyişmə üçün yer yoxdur. Biz yeni siyasi mədəniyyət tətbiq edirik” - deyə, o bildirib.

İlkin sorğular görə, əhalinin bir qismi qadın namizədin prezident vəzifəsi üçün mübarizəyə qatılmasına qeyri-ciddi yanaşır, digərləri isə onun lehinə səs verməyə hazır olduqlarını bildirirlər.

 





21.11.2012    çap et  çap et