525.Az

Mübariz Qurbanlı İtaliyadadır


 

Mübariz Qurbanlı İtaliyadadır<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.

Komitədən Lent.az-a verilən məlumata görə, Azərbaycan – İtaliya Parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə Roma şəhərində Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı  mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçiriləcək. Dövlət Komitəsinin sədri konfransda “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edəcək.

Konfransda Azərbaycan, İtaliya, Papa Dövləti və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də Elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.
 





09.12.2014    çap et  çap et