525.Az

"İlham Əliyevin səfərini səbirsizliklə gözləyirik"


 

"İlham Əliyevin səfərini səbirsizliklə gözləyirik"<b style="color:red"></b> Milli Məclisin sədri Oqtay Əsədov Çexiya prezidenti Miloş Zeman ilə görüşüb.
 
Milli Məclisdən Lent.az-a verilən məlumata görə, Çexiya prezidenti qeyd edib ki, Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır.

Azərbaycan prezidenti İlham Əliyev ilə görüşlərini xatırlayan prezident Miloş Zeman dövlət başçısı İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib və onun Çexiyaya səfərini səbirsizliklə gözlədiklərini söyləyib.  İqtisadi münasibətlərin daha da dərinləşməsinin vacibliyini qeyd edən Çexiya prezidenti hər iki tərəfdən konkret layihələrə kömək göstərməyə hazır olduğunu bildirib.

Milli Məclisin sədri vurğulayıb ki, Çexiya ölkəmiz üçün əhəmiyyətli dost və potensial tərəfdaşdır.

“Azərbaycan dövlətinin rəhbərliyi Çexiya Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinə böyük diqqət yetirir”.

Spikerin sözlərinə görə, Baki-Tbilisi-Ceyhan, Baki-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə Azərbaycan qazının daha böyük həcmdə Avropaya daşınması üçün yeni layihələrin (TANAP və TAP) həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir.
 





09.12.2014    çap et  çap et