525.Az

Məmmədyarov Avstriya səfirini qəbul edib


 

Məmmədyarov Avstriya səfirini qəbul edib<b style="color:red"></b>

Xarici işlər naziri Nazir Elmar Məmmədyarov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aksel Vexi qəbul edib.

XİN-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, A. Vex etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu söyləyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 





09.12.2014    çap et  çap et