525.Az

"Türkiyə “rəngli inqilablar”dan çəkinmir"


 

"Türkiyə “rəngli inqilablar”dan çəkinmir"<b style="color:red"></b> Türkiyə bir sıra ölkəni əhatə etmiş “rəngli inqilab”ın ölkə daxilində baş verməsindən çəkinmir.
 
APA-nın verdiyi xəbərə görə, bunu “RİA Novosti”-yə açıqlamasında Türkiyənin baş nazirin müavini  Yalçın Akdoğan bildirib.
 
“Türkiyədə “siyasi mühəndislik”, yəni  xaricdən müdaxilə cəhdləri olmuşdur. Yəni xarici qüvvələr daxildəki müxtəlif qüvvələrin köməyi ilə hökuməti devirməyə çalışıblar. Çox irimiqyaslı arsenal işə salınmışdır – Gəzi etirazları, telefon danışıqlarının dinlənməsi və montajı, korrupsiya qalmaqalları, lakin bütün bunlar nəticə vermədi.
 
Burada əsas tərkib hissə - xalq var. Xalq bizimlə olduqca, özümüzü qətiyyətli, inamlı hiss edirik”, deyə Akdoğan qeyd edib.      
 





10.12.2014    çap et  çap et