525.Az

İsveçrə ermənilərə "yox" dedi


 

İsveçrə ermənilərə "yox" dedi<b style="color:red"></b> İsveçrə hökuməti bu ölkədəki erməni diasporunun qondarma “erməni soyqırımı”na abidə qoyulması təklifini rədd edib.
 
APA-nın “Doğan” Xəbər Agentliyinə istinadən xəbərinə görə, İsveçrəXarici İşlər Nazirliyi tələbin rəddinə dair qərarını Cenevrə kantonunun hökumətinə göndərib.
 
Qeyd edək ki, İsveçrədəki erməni diasporu Cenevrədəki BMT parkında - “Ariana Park”da qondarma “erməni soyqırımı”na abidə qoyulmasını təklif edib. Nazirliyin açıqlamasında bildirilib ki, erməni diasporu təklifində israr edərsə, Cenevrə kantonunun hökuməti abidənin şəhərin başqa yerində qoyulmasına qərar verə bilər.
 





10.12.2014    çap et  çap et