525.Az

Hansı sahədə çalışanlar daha çox əmək haqqı alır?


 

Hansı sahədə çalışanlar daha çox əmək haqqı alır?<b style="color:red"></b>

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il həmin işçilərin sayı 1507,5 min nəfər olub, onlardan 883,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 623,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 441,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Cavid ŞÜKÜROV

 





10.12.2014    çap et  çap et