525.Az

"Adsız"- Fotosərgi


 

"Adsız"- <b style="color:red">Fotosərgi</b>

Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təcrübəli fotoqraf Şahin Hüseynovun “Adsız” fərdi fotosərgisi açılıb.

525.az-ın məlumatına görə, sərgidə fotoqrafın 80-dən çox əsəri nümayiş olunub. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov və tanınmış fotoqraf, Əməkdar İncəsənət Xadimi Rafiq Qəmbərov Ş.Hüseynovun özünəməxsus yaradıcılıq üslubundan söz açıblar.

Bildirilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olmuş Ş.Hüseynov 1998-ci ildən fotoqrafiya ilə məşğuldur. Ötən müddətdə onun əsərləri bir sıra yerli və xarici ölkələrdə keçirilmiş sərgilərdə nümayiş olunmuşdu.

Vurğulandı ki, bir çox müsabiqələrin qalibi olmuş Şahin Hüseynovun yaradıcılıq axtarışları daim Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə iştirakçılara fotoqrafın əsərlərindən ibarət kataloq təqdim edilib. Sərgi noyabrın 22-dək davam edəcək.

GÜNEL

 





21.11.2012    çap et  çap et