525.Az

Rusiya parlamenti Ermənistanın Avrasiya yolunu açdı


 

Rusiya parlamenti Ermənistanın Avrasiya yolunu açdı<b style="color:red"></b>

Dekabrın 10-da Rusiya Dövlət Duması Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni ratifikasiya edib.

Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb.

Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni dekabrın 4-də ratifikasiya edib.

Media forum

 





10.12.2014    çap et  çap et