525.Az

Robert Valter Azərbaycana və işğal olunmuş ərazilərə səfər edəcək


 

Robert Valter Azərbaycana və işğal olunmuş ərazilərə səfər edəcək<b style="color:red"></b> Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun "Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması" mövzusunda məruzə hazırlamaq üçün məruzəçi təyin etdiyi britaniyalı Robert Valter Azərbaycana və Ermənistana səfər edəcək.
 
Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
 
S. Seyidov bildirib ki, R. Valterin səfəri gələn ilin yazında gözlənilir: “O, bu barədə ötən gün Siyasi Komitənin iclasında açıqlama ilə çıxış etdi. Robert Valter əvvəlcə Ermənistana, ardınca isə Azərbaycana gələcək. O, Azərbaycanın işğal olunmuş ərazilərinə də səfər edəcək”.
 





10.12.2014    çap et  çap et