525.Az

Azərbaycanlı deputatların İngiltərə XİN-də görüşü olub


 

Azərbaycanlı deputatların İngiltərə XİN-də görüşü olub<b style="color:red"></b>

Londonda səfərdə olan Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Çingiz Əsədullayev, millət vəkili Fuad Muradov və Cavanşir Feyziyev İngiltərənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin müdiri Colin Robertslə görüşüblər.

Bu barədə 525.az-a deputat Fuad Muradov məlumat verib. Görüşdə Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlər, Cənubi Qafqzdakı vəziyyət müzakirə olunub. Həmçinin Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti əsasında həyata keçirilir. Milli Məclis üzvlərinin səfəri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Deputatlar noyabrın 23-də vətənə qayıdacaqlar.

 





21.11.2012    çap et  çap et