525.Az

Qafqazın ən böyük kampusu tikilir


 

Qafqazın ən böyük kampusu tikilir<b style="color:red"></b> Azərbaycanda Qafqazın ən böyük tələbə şəhərciyi tikilir.

Lent.az-ın məlumatına görə, Qafqazda ən böyük kampus Bakı Ali Neft Məktəbinə məxsus olacaq.
 
Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a bildirilib ki, kampus (tələbə şəhərciyi) gələn tədris ilində istifadəyə veriləcək.Kampus Bibiheybət ərazisindədir və hazırda Xətai rayonunda yerləşən ali məktəb həmin şəhərciyə köçürüləcək.
 
Yeni şəhərcik tədris prosesini elmi-tədqiqat işləri ilə vəhdətdə həyata keçirməklə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün platforma olacaq.
 
Bakı Ali Neft Məktəbi, Azərbaycan prezidenti  İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı əsasında ARDNŞ-nin tərkibində yaradılıb.
 





10.12.2014    çap et  çap et