525.Az

BP Azərbaycanda ixtisarlara başlayır


 

BP Azərbaycanda ixtisarlara başlayır<b style="color:red"></b> Böyük Britaniyanın “British Pertoleum” (BP) neft-qaz şirkəti dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən gələn il yüzlərlə iş yerinin məcburi ixtisarına 1 mlrd. dollar sərf edəcək.
 
“APA-Economics”in “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bunu BP-nin prezidenti, baş icraçı direktoru Robert Dadli bildirib.
 
Onun sözlərinə görə, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir edəcək.
 
Bununla belə, BP-nin rəhbəri bildirib ki, böyük ehtimalla ixtisarlar platformada işləyən işçilərə aid olmayacaq. 
 
“BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, bu məsələyə qısa zamanda münasibət bildiriləcək: “Hazırda iclasdayam. Çıxan kimi, sizinlə əlaqə saxlayacam”.
 





11.12.2014    çap et  çap et