525.Az

“İCAPP-ın ikigünlük tədbirində “Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq” müzakirə olunacaq


 

 “İCAPP-ın ikigünlük tədbirində “Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq” müzakirə olunacaq<b style="color:red"></b>

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə münasibətlərin inkişafı Yeni Azərbaycan Partiyasının xarici əlaqələrinin mühüm istiqamətlərindən birini təşkil edir.
 
525.az-ın məlumatın görə, bunu mətbuata açıqlamasında  Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov dilə gətirib. Onun dediyinə görə, YAP  bu Kofransın İdarə Heyətinə daxil olan 21 partiyadan biridir.

YAP rəsmisi qeyd edib ki,  İCAPP-ın daxili Nizamnaməsinə əsasən, assambleyalar arası dövrlərdə qurumun Daimi Komitəsinin müxtəlif ölkələrdə hazırlıq və proqram tərtib etmək məqsədi ilə iclasları keçirilir.  Cari ilin iyun ayında Bakı şəhərində Baş Assambleyaya hazırlıq məqsədilə keçirilən İCAPP-ın Daimi Komitəsinin 17-ci iclasında isə  qurumun VII Baş Assambleyasının 2012-ci ilin noyabr ayının 22-23-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb.  VII Baş Assambleyada “Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq” mövzusunda müzakirələr aparılacaq. 

“Qeyd etmək istərdim ki, Baş Assambleyanın təşkili ilə bağlı yüksək səviyyədə hazırlıq işləri aparılıb. Bu tədbirdə 35 ölkədən 200-ə qədər nümayəndə iştirak edəcək. Şübhə yoxdur ki, bu Assambleya ən yüksək səviyyədə təşkil olunacaq. Çünki Azərbaycanın artıq bu sahədə kifayət qədər təcrübəsi və bunun üçün lazımi imkanları var. Bildiyimiz kimi, demək olar ki, mütəmadi olaraq, Bakıda müxətlif mövzulara, qlobal problemlərə həsr olunmuş beynəlxalq tədbirlər, forumlar, mədəni tədbirlər, idman yarışları təşkil olunur və Azərbaycan onların hər birinə öz töfhəsini verir. Bu gün dünyanın qabaqcıl təşkilatları mühüm tədbirlərinə evsahibliyi etməyi məhz Bakıya həvalə edir, ölkəmizə böyük etimad göstərirlər.

 Bununla yanaşı, cənubi Qafqaz regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası beynəlxalq konfransların keçirilməsi baxımından kifayət qədər təcrübəyə malikdir. Bu günə qədər partiya qloballaşan dünyanın aktual problemlərinə – sivilizasiyalararası dialoqa, iqtisadi inkişaf və modernləşmə məsələlərinə həsr olunmuş müxtəlif beynəlxalq konfranslar təşkil edib”-deyə,o, sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

 





21.11.2012    çap et  çap et