525.Az

İran Qəzzaya əsgər göndərir


 

İran Qəzzaya əsgər göndərir<b style="color:red"></b>

Bu barədə İran parlamentinin spikeri Əli Laricani bildirib.

O qeyd edib ki, İran HƏMAS-ı və Fələstin xalqını müdafiə etməkdən qürur hissi duyur: “Biz onlara həm maliyyə, həm də hərbi yardım göndəririk”. Ancaq Ə. Laricani bu yardımın nədən ibarət olacağını detallı şəkildə açıqlamayıb.

Qeyd edək ki, İran İslam Respublikası Həmasa və “İslami Cihad” Təşkilatına dəstək verdiyini heç bir zaman gizlətməyib. Ancaq onlar heç vaxt "hərbi yardım" sözünü dillərinə gətirməyiblər.

Xatırladaq ki, İran parlamentinin spikeri Əli Laricani bu həftə İsrail və Qəzza ilə bağlı danışıqlar aparmaq üçün Ankaraya gələcək. ANS PRESS-in Türkiyənin “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu həftənin cümə axşamı Ankarada olacaq Laricani türkiyəli rəsmilərlə görüşəcək. Belə ki, 1 gün davam edəcək səfər çərçivəsində Ə. Laricani Suriyada qaçırılan və girov götürülən 48 İran vətəndaşının azad olunması mövzusuna da toxunacaq.

ANS Press

 





21.11.2012    çap et  çap et