525.Az

QHT Şurası 2015-ci ilin I maliyyə müsabiqəsini elan etdi


 

QHT Şurası 2015-ci ilin I maliyyə müsabiqəsini elan etdi<b style="color:red"></b>

Dekabrın 11-də QHT-lərə Dövlət Dəstəyi Şurasının iclası keçirilib.

“Media forum” saytının məlumatına görə, iclasda 2015-ci ilin I maliyyə müsabiqəsi müzakirə olunub.

Qeyd edilib ki, yeniliklərə əsasən, 7 müxtəlif istiqamət üzrə bir sıra yeni mövzu müəyyən edilib, QHT-lərin müsabiqədə iştirakı ilə bağlı verilən tələblər yüngülləşdirilib, texniki şərtlər asanlaşdırılıb.

Təqdim olunan layihələrin müddəti 3 aydan 12 ayadək, qrantın məbləği isə 3 min manatdan 30 min manatadək ola bilər.

Müsabiqə üzrə ərizələrin qəbulu dekabrın 11-də başlayıb. Qaliblər 2015-ci il martın 2-dən sonra elan olunacaq.

 





11.12.2014    çap et  çap et