525.Az

Arif Hacılı: “Aksiyaların təşəbbüskarı, təşkilatçısı İctimai Palata olmalıdır”


 

Arif Hacılı: “Aksiyaların təşəbbüskarı, təşkilatçısı İctimai Palata olmalıdır”<b style="color:red"></b> “Mən İctimai Palatanın adından elan olunan aksiyaların keçirilməsinin tərəfdarıyam”.
 
Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
 
A. Hacılı son vaxtlar Bakı şəhərində İP üzvlərinin aksiyalar keçirdiyini xatırladaraq bildirib ki, aksiyalar palatanın adından olmalıdır: “Hesab edirəm ki, keçirilən aksiyaların təşəbbüskarı da, təşkilatçısı da, bu aksiyalara görə məsuliyyət daşıyan qurum da İctimai Palata olmalıdır. Təşkilatda mənim kimi düşünənlər çoxdur. Yəqin ki, yaxın zamanlarda bu istiqamətdə konkret qərarlar qəbul ediləcək və İctimai Palata öz adı, öz təşkilatçılığı və öz məsuliyyəti ilə siyasi aksiyalar keçirəcək”.
 





21.11.2012    çap et  çap et