525.Az

Bakıda böyük ticarət mərkəzlərindən birində yanğın olub


 

Bakıda böyük ticarət mərkəzlərindən birində yanğın olub<b style="color:red"></b>

Bakıda böyük ticarət mərkəzlərindən birində yanğın olub.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Sabunçu rayonunda hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli "Park Plus" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan sağlamlıq mərkəzində qeydə alınıb.

Mərkəzin saunasının taxta üzlüyü 12 kv.m sahədə, dəhlizin və 3 otağın tavanı 102 kv.m sahədə yanıb. Sağlamlıq mərkəzinin qalan hissəsi və digər kabinetlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

 





22.11.2012    çap et  çap et