525.Az

ABŞ-ın hərbi büdcəsi təsdiqləndi


 

ABŞ-ın hərbi büdcəsi təsdiqləndi<b style="color:red"></b> ABŞ Konqresinin Senatı müdafiə siyasəti haqqında qanun layihəsini təsdiq edib.
 
“APA-Economics”in “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi dövlət büdcəsindən ABŞ-ın hərbi xərclərinə 577 mlrd. dollar,  o cümlədən 64 mlrd. dollar xarici ölkələrdə hərbi əməliyyatların aparılmasına ayrılmasını nəzərdə tutur.
 
Nümayəndələr Palatası qanun layihəsini dekabrın 4-ü təsdiqləyib. İndi isə sənəd imzalanması üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.
 
Qanun layihəsinə əsasən, Pentaqonun baza büdcəsi 496 mlrd. dollar həcmində təsdiqlənib. Bundan 64 mlrd. dolları dünyanın bütün münaqişə zonalarında, o cümlədən Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmək üçündür.
 
Sənəd “İslam hökuməti” adlanan terrorist qruplaşması ilə mübarizə üçün İraqhərbçilərinin, o cümlədən kürd silahlıları və Suriyanın müxalifətinin hazırlanmasına da sanksiya verir.
 
Bundan başqa, Energetika Nazirliyinə nüvə silahı üzərində işlərin aparılması üçün 17,9 mlrd. dolların ayrılması nəzərdə tutulur.
 





13.12.2014    çap et  çap et