525.Az

Şeyx Nigari Türbəsi


 

Şeyx Nigari Türbəsi<b style="color:red"></b>

Mir Həmzə Seyid Nigari (1805-1886) Azərbaycanın Qarabağ bölgəsində anadan olmuşdur. Həzrət Məhəmməd Peyğəmbərin soy kökünə yaxın seyiddi.


Şeirlərinin
birində deyir:


...
Nəsli İsmayılsan, əsli ərəbsən,

Ali Məhəmmədsən ali nəsəbsən.

Müntəhbasan, silsileyi-zəhəbsən

Ey Seyid Nagari, ey Qarabaği.


Araşdırıcılar
yazır ki, Mir Həmzə doqquz yaşında ikən yuxuda Qarabağlı bir xanıma vurulur, onun eşqilə dillər əzbəri olan lirik şeirlər yazır. “Nigaritəxəllüsü oradan gəlir.

Həmzə NigariQarabağ xanlığı ... camaatının dini lideri kimiRusiyanın müstəmləkəçilik işğalçılıq siyasətinə qarşı mübarizə aparır. Qafqaz Könüllü Süvari Alayının komandanı olur. Krım müharibəsi zamanı /1853-1856/ Rusiya-İran sərhəddini keçib Qarsa gedir orada müridlər ilə birlikdə Osmanlı ordusu sıralarında müharibədə iştirak edir.

Rus işğalı törədiləndə vətənini tərk etməyə məcbur olan Dağıstanlı müsəlmanların Türkiyəyə köçən hissəsinə Seyid Nigarinin təsiri olmuşdur. “... istər həyatdaykən, istərsə ölümündən sonra iyirmi-otuz min civarında insan onun yoluyla gedib”.

Nəqşibəndiyə təriqətinin tanınmış nümayəndəsi Nigarinin ədəbi irsi dini fəaliyyəti İslami dəyərləri təqib edən Çar Rusiyası Sovet hakimiyyəti illərində yasaq edilmişdi.

Azərbaycan Təhsil Nazirliyinin 2011-ci ildə verdiyi əmrə əsasən şairin əsərlərinin nəşri orta məktəblərdə tədrisi yalnız Müstəqillik illərində mümkün olmuşdu.

Nigari türk fars dillərində yazdığı iki divanın, “Nigariyyəməsnəvisinin b. qiymətli əsərlərin müəllifidir. İndi onun qəzəlləri, qoşma gəraylıları müğənnilərimiz tərəfindən oxunur.

Məzarı Türkiyənin Amasiya Vilayətindəki türbəsində ziyarətgah yeridi.

1890- ildə Amasiyada müridləri xəlifələri tərəfindən inşa olunan, sonralar get-gedə əvvəlki görkəmini itirən Seyid Həmzə Nigari Türbəsini Şeyxin həmyerlisi, dostu yaxın sirdaşı Səfər bəyin qız nəvəsi xeyriyyəçi Nərminə xanım İskəndərzadə şəxsi vəsaiti hesabına bərpa təmir etdirmiş, abidəyə yeni nəfəs vermişdi.

Təntənəli açılış mərasiminə mən dəvət olunmuşdum. Əsəri o günlərin təsirilə qələmə aldım.


Müəllif

Nərminə xanım bənzərinə az rast gəlinən bir qədirbilənliklə Şeyx babasının xatirəsinə sahib çıxıb... Amasiyaya aid tarixi bir əsərin yaşadılmasını təmin etdi”.

Əhməd Özqılınc
İstanbul  
Ey qızların gözünün, gözünün, gözünün gözü!”.

Nizaməddin Babaoğlu

Şeyx Sədi Ağanın nəvəsi

 

Amasyadağlar qoynunda,

dağlar bulaqlar qoynunda.

Sözməni saxlar qoynunda,

məndən söz yadigar qalsa.

   

Tarix, səni varaqlaram,

var, yadımda saxlaram.

Qələm ağlar, mən ağlaram,

sinəmdə mövzular qalsa.

   

Uçub tökülsə saraylar

fəğan eylər illər, aylar

Ondan ordaiki qatar,

bir qapı, dörd divar qalsa.

   

Arxamdadı dağım-daşım,

istərəm qaynayım-daşım.

Yanımda bir yol yoldaşım,

Seyid Həmzə Nigar qalsa.

   

Yaş ötüb, sinədəftərəm,

keçmə, keçilməz çəpərəm.

Şair, dilindən öpərəm,

yazdığım misralar qalsa.

            

lll

   

O gün Qurban bayramının

birinci qurban günüydü.

Aylarınsultan ayıydı,

günlərinsultan günüydü.

Türk bayrağı yellənirdi

ucalarda, dağ başında.

Kölgəsiocaq başında,

Ocaqməmləkət içində,

hər can bir niyyət içində.

   

Qazanlarda isti xörək,

süfrələr, təzə çörək,

Qurban kəsən, pay paylayan.

Oyan deyir, bir səs, oyan!

Türkün millət vəkilləri,

Vəkillərin lent yazılı

                        əklilləri

Halyuq bəyin xoş baxışı,

                        gülər üzü, –

uşaq kimi sevindirir

bizim uşaq könlümüzü.

Bayrağımız şax dururdu,

                        yanaşıydı.

Bayrağımız bir-birinə

                        yaraşırdı.

O gün millət

Nigaridən danışırdı.

 

lll

 

Seyid Həmzə Türbəsinin

hər daşı, kərpici pakdı.

Çölü pakdı,

                     içi pakdı.

Yerdə Məscid

                     üstündəki bir Allahdı.

Daş yazıdı, kərpic yazı.

Türbəsieşq,

                          naxışıeşq əlifbası

   
I


İnsan
bir möcüzədi,

bir nağıldı həyatı.

Yüz il sonra eşitdim

mən bu əhvalatı.

Şeyxin başına gələn

bir eşqin təfsilatı.

bir ömür dastanıdı,

bir muğam təsnifatı.

   

Şeyxə şirin yuxuda

buta verilir, buta!

Hələ doqquz yaşında,

kənddə, bulaq başında

Nigar adında mələk,

tülə, şala bürünür.

Şeyx ayılıb görür, –

iki candı, bir ürək.

Bir vaxt o mələk,

yuxusuna girəcək?!

   

Bu həsrətlə o yanır,

oyadırlar, oyanır.

Yuxu qaçır gözündən

qaçır özü özündən

Axtarır, hanı Nigar, –

cavab vermir yuxular.

   

Ey Seyid Nigari, ey aşiqi-zar,

Ey əsiri-sevda, dərdə girifdar.

Bilmədinmi eylər səni tarımar,

Bəs neyçün uğradın kuyi-nigara?”


lll


Mədrəsə
günləriydi,

arxada illər, aylar.

Müəllim əfəndinin

xanımıymış o nigar.

Təptəzəydi o çiçək,

yuxuda gördüyütək.

Ondan əziz, müqəddəs,

can varıydı, səs.

yerdə bir yer qızı,

göydə Dan ulduzu.

hüsnü, qaməti

bir tanrı kəraməti!

Baxışıb tanıyırlar,

bu seyiddi,

                      o Nigar.

Yuxunmu düşüb yada? –

sual verir arada.

Şeyxi özü görüb,

bu gözo gözü görüb.

Yüz ilin tanışları!

Bir anın baxışları!

Can, Seyidim...

Nigarım...

Dünyada dünyalarım!

Eşqimetiqadımsan,

yuxuda həyatımsan,

həyatdaşirin yuxum.

mənim sevdalı duyğum!

Nigarı tapan aşiq,

Söz tapa bilmir artıq.

Susub baxır üzünə,

taleyin güzgüsünə.

 

Seyid-“Nigariolur,

Aydan da arı olur,

sudan da duru olur,

Şeyxin zühuru olur.

İlahi bir məhəbbət,

dilində yanğı, həsrət:

Həbibim, qan tökər qəmzən

dəmadəm, bir usanmazmı,

yarar bağrım, içər qanım,

məgər bir ləhzə qanmazmı?

 

... Nəvayi yar nar eyləməz,

yarılmazsa yara bitməz,

Deməm durubanə etməz,

məni bimar sanmazmı?

Dili sərgəştə bimayə,

düşübdür taki sevdayə,

Dəmadəm karı bigayə

qazanır ol qazanmazmı?

 

... Sənə ey nazənin-Leyla,

mənə-Məcnuni bir pərva,

bərabərdir deyən ayə,

məni görgəc utanmazmı?

 

Keçər zülfünlə dövranım,

olar zövqü firəvanım

uzanar ömrüm, şu canım,

telintək Bu uzanmazmı?

 

Nigari məstü gipərva,

tutubdur da məni sevda

Usanmaz söyləmək ayə,

usanmırmı, usanmazmı?

 

Seyid yazır, haqq deyir,

Haqqa qovuşaq deyir.

Deyirlər evlən, şair,

bitsin bu nalən şair.

Qarabağlı bu almaz,

yer üzündə tapılmaz.

Sən bir Haqq aşığı,

Gözümüzün işığı!

 

Müəllim əfəndinin

al, – deyən öz səsiydi.

Dinin divanəsiydi,

Şeyxin pərəstişkarı.

o sevirdi Nigarı.

 

Deyirlər ki Nigaridən,

cavab

lir bədahətən:

 

Mənə evlən deyən bədbəxt,

Tanrıya oxşardı Nigar.

Mən ki, səndən ayrılmaram,

ayrılan yollardı, Nigar.

 

Mənimlə danışanHaqdı,

məni danışdıranHaqdı

Tanrı haqdı, Quran haqdı,

qalanı inkardı Nigar.

 

Aşiqlərin nədir bəhsi?

təslimiyyət mərtəbəsi.

Həllac Mənsurunhəqqsəsi,

külli-ixtiyardı Nigar.

 

Məcnun-Leyliyə yalvardı,

alıb ağlını apardı.

Hər hüceyrəmbir Nigardı”,

Nigari” – Nigardı, Nigar.

 

II

 

O zaman ki, yasaq oldu,

danıldı şəriət, Şeyxim, –

səni sevdi, səndən dedi

o boyda məmləkət, Şeyxim.

Din, təriqət gətirmişdin

                 sən Qafqaza,

Nizamiyə,  Füzuliyə

nəzirələr yaza-yaza.

 

İzləyirdi məni başqa

              bir dinpərəst.

Millətə qəsd,

                   İslama qəsd,

                             tarixə qəsd!

Peyğəmbəri dünən səlib

yürüşüylə hədələyən, –

Peterburqda

                İstanbul mənimdi!” –

                                      deyən.

Mən istiqlal istəyirdim,

dilimdə Krım türkləri.

Döyüşürdüm at belində,

qorusun Tanrım türkləri.

“... divlər aldı bütün ətrafımızı,

qılmadı bir isri əsma əcəb?

Olmadı milləti İslama kömək,

yetmədi bir mədəd ayə, əcəb?

... Bulmadıq bir zəfər ayə, üçün

yetmədi nüsrəti Mövla əcəb


            
         lll


Ey
mənim Şeyxim, şairim,

ey mənim Seyid Nigarım!

Qadağalar ölkəsində, –

gün işığı görmədin sən,

yad bayraqlar kölgəsində.

Vətənində vətənindən

                      danırdılar,

səni məndən, məni səndən

                      danırdılar.

Həzrəti Pir dədəmizi

qovurdular, pusurdular.

Ölənlər fəryad içində,

öldürənlər susurdular.

Tanışları seçirdilər,

                      tuturdular.

Şeyxiunutdururdular”.

Qohumları dən kimi

                     dənləyirdilər,

tərəzinin hər gözünü

                     əyirdilər,

Seyidi təkləyirdilər.

   

Sədi Ağa yatab getdi

aldığı dəstamaz üstə.

Oxuduğu Quran üstə,

qıldığı bir namaz üstə,

Bu sürgündən

                          o sürgünə! –

kənddə nəzir-niyaz üstə.

Toyda, yasda çağırdılar

bu toy üstə, o yas üstə.

Ağa getdi din yolunda,

dinsizə etiraz üstə.

Yuxuları haram oldu

gecələr oyaq Seyidə.

Orda da nəzir dedilər

dustaqlar

                   dustaq Seyidə.

                     

III

   

Ey Füzuli!

                 Nigari dərd əlindən

                                   dağa çıxdı.

Demədilər

              bəxtəvər yaylağa çıxdı”.

Dedilərki, Pir Dədəmiz

                           gedib dağda

                                   yoxa çıxdı.

Sən şahidsən Hərtiz dağı!

Seyid səni xəbər alıb.

Ətəyində namaz qılıb,

Üstündə çadır qurub,

                          məskən salıb.

İstəyib ki, hifz edəsən

                            onu dağlar!

O dağlar oğlunu, dağlar!

Yola getmir dörd fəsilin,

pis qonşular kimi sənin.

Qoy indi dolu töksün,

                         qar ələnsin,

                         yellər əssin.

Yolu kəssin, izi kəssin.

Günəş doğsun amma bir gün,

                           aman, dağlar

Dünənki axşama gülsün

dünən burda donan, dağlar!

Seyid bir dəstəmaz alsın,

Nigarini yada salsın.

   

Səfər Ağa, var ol səni

                      Səfər Ağa.

İsti-isti çay gətirdin

                 kənddən dağa.

Sən qoymadın

                          samovarı soyumağa,

od-ocağı səngiməyə,

mürşüdünü təntiməyə.

Yel əsəndəarxa oldun,

gün qızandacuna kimi

                         yuxa oldun,

qar döyəndəçuxa oldun.

Qardaş oldun, qağa oldun,

sandedin, sadağa oldun.

Sən Ağaydın, qul olmadın,

                             Ağa oldun.

Dost yoxdu, dostlarım mənim!”-

deyirdi bir qoca alim,

qədim dünya ağsaqqalı.

Mən çəkdim ki, bu misalı

eşidəsən Səfər Ağa,

əhsən sənə, Səfər Ağa!

   

lll

   

Şeyx yollar ayrıcında:

biriVətən,

             birihəsrət,

                          biri ölüm

Gedim, qalım?!

Vətən göyləri qal deyir.

Orda Amasya çağırır.

burda yurd yeri qal deyir.

Qarabağın bulaqları

Məscidi, piri qal deyir.

Sinəsində sözün odu,

qələm-dəftəri qal deyir.

Yuxularda Nigar xanım,

məndən ötəri qal deyir.

   

lll

   

Göydə Tanrı, yerdə Millət

                              üz-üzəydi.

Din, təriqət üz-üzəydi.

Quran özü,

                 yatürksözü

                       qadağaydı.

Qadağalar üz-üzəydi.

Səfər bəy fikirdəydi,

göydəydi, yerdəydi.

Keçməliydi Şeyx Arazı,

dilində Tanrı duası.

   

Ayrıla bilmirəm, Ağa,

ağırdı bunca qəm, Ağa.

İnsanda dözüm var Ağa,

bir sinə sözüm var Ağa.

   

əcəb dövlət imiş seyri-şikari

Qarabağ,

gözəl nemət imiş söhbəti-yari

Qarabağ

Rəşqi müşq-ənbər imiş buyu-qubari

Qarabağ,

Abı heyvan imiş ənharı-pinarı

Qarabağ.

Kövsəri Tuba imiş çayı-çinarı

Qarabağ,

Aləmi cənnət imiş darı-diyarı

Qarabağ.

İndi bildim imiş vəsfi-həzarı

Qarabağ

Yeridir kim çəkərəm ahu-zarı

Qarabağ.

Dağlayıbdır məni bir laləizarı

Qarabağ

Yandırıbdır məni bir nari-Nigari

Qarabağ.

   

Qarabağ cənnətdi, Seyid!

qalan yer qürbətdi Seyid.

İndi zaman qorxuludu,

adamlar da kor olubdu,

                                     yuxuludu.

Hər tindən bir kazak çıxır,

elə bil yalquzaq çıxır.

Bir görürsən itdilər.

şümürdülər, yezitdilər.

Seyid bilirdi bunları,

Çarındı

                  kart oyunları.

Orda çeçen, burda çərkəz,

bizim Qafqaz ... çoxdu qərəz.

Xalqlar gördüm bu torpaqda,

istər unut, istər inan.

Babaları müsəlmandı,

nəvələri xristian.

Kart oyunu

                          Çarın buydu.

Aşıq-aşıq oynasa da,

Çar oynasa, qorxuluydu.

   

Danlayardı anam məni,

o ən şirin röyam məni.

Həmzə, dəstamaz almamış,

sənə öyüd verməmişəm.

Həmzə, dəstamaz almamış,

döşümdən süd verməmişəm.

Dön bu yoldan, bax, Allaha.

mən dönə bilməzdim daha.

Analar səhv etmir Ağa.

Süddən gələn söz deyirlər,

deyirlər, düz deyirlər.

Şeyx Şamil tutulanda,

                       anam onda,

onda da girdi yuxuma,

ağladı, dedim ağlama ...

   

Görüşümüz qaldı daha,

təsbehimi götür Ağa.

çəliyimi,

                   piyaləmi,

məndən bir nişanə kimi.

Piyaləmdən içsən əgər,

o sənə şəfa gətirər.

Təsbehimi çəksən əgər,

o məni sənə yetirər.

Çəliyimlə gəzə bilsən,

bağlı bir qapı görməzsən.

Səfər bəyin dolur gözü,

bu ürəyin odu-közü

o ürəyi yandırırdı,

Səfər bəyi yandırırdı.

Meşə boyu baxır dağa,

gah yaxına, gah uzağa.

Vələslərin boyu uca,

                      qolu haça.

Baxır Şeyxin söykəndiyi

                             bir ağaca. 

Gör, necə əyilib, Şeyx,

ağacın özü qibləyə.

Namaz qılanda görmüşəm,

mən danüzü, qibləyə.

Bu, Tanrı eşqidi, Şeyxim,

dünyanın üzüqibləyə!

Səfər Ağa bir az qəhər

                           içindəydi.

Möcüzəydi danışdığı,

özü bu möcüzələr

                           içindəydi.

At belində keçdik çayı,

bir atlı, piyada

                 yoxuydu

                         bizdən savayı.

Gördüm yanır içim-çölüm,

arxa ölüm, qənşər ölüm.

Şeyxi bir az qabaqladım,

tez arxadan qucaqladım.

Şeyx gülürdü,

                        mən ağladım.

Qorxurdum, Allah saxladı,

qorudu ruhlar Şeyximi.

Qabaqdan farslar vurardı,

arxadan ruslar Şeyximi.

   

Yer titrədi, şimşək çaxdı

Seyidi göylər apardı.

Peyğəmbərin hüzuruna

Xızır peyğəmbər apardı.

Yer yoxuydu yer oğluna,

torpaq üstə, torpaq altda...

   

Seyidi biz tapdıq, Ağa.

Ay-Ulduzlu bayraq altda.

Dağ yatırdı bir dağ altda.

   

Bu dünya ki, mən görmüşəm, –

Ovidiydən üzübəri,

istəməyib şairləri.

Ağa, gözü götürməyib,

gedənləri ötürməyib,

qalanları tanımayıb,

dahiləri, nadanları

                  tanımayıb.

İstedada ağıl verib

bir ortabab, ya bir naşı.

Vətənsizə girov qoyub

                   vətəndaşı.

O zaman ki, yada düşüb,

                   təltif olub,

onda da bu türbələrdə

                   tərif olub.

Təltifi , tərifi

                 təhrif olub.

Haqq istəyən talelərin

                 haqqı budur.

Hər haqsızın dalında da

bir buynuzlu haqsız durur.

Amma tarix! –

tarix onu unutdurur.

Tarix sənə oyan deyir,

qalx deyir, qalx, dur deyir, dur!

Cəmiyyətin aynasıdı

                         deyir sənət.

De, istəyin nədir şair?

Sən əkdiyin səndən sonra

                            bitir fəqət,

bu da bir taledir, şair.

yaxşı ki,

                      Türkiyən var.

Tək deyilsən, bir hiyən var.

Gedəndə bir gedən yerin,

orda da bir gəl, – deyən var.

Bu vətənin can parçası

                         bir Vətən var.

Qaçdın özündən özünə,

mən sənə qovuşdum Şeyxim,

                                  sən özünə.

Paşaların, sultanların,

                       məmləkəti.

Hünər əkir, zəfər biçir

                      türk milləti.

Unudulmaz Nuru Paşa

Türkün misri qılıncını

                        çəkdi daşa.

Mehmetçikler can qoydular

                                   candedikcə.

Azərbaycan-türk dedikcə,

türk-Azərbaycan dedikcə.

Görüşümüz hər

                  məqamda ziyarətdi.

Türkün sözü türkdən

                            türkə əmanətdi.

   

IV

   

Mən dünyanı dərk edəli

heyran qaldım bir hikmətə:

həqiqətə yox, Allahım,

fəqət mütləq bir nisbətə.

İnsan gedir, ruh qayıdır,

başqa donda tanış gəlir.

Özünə oxşamış gəlir

Baxışıyla, duruşuyla,

                      gülüşüylə.

Ya əl verib görüşəndə,

                      görüşüylə.

Çənəsində xalı varsa,

                      o xalıyla,

bəzən hüsnü, camalıyla.

Deyirsən ki, elə odur,

ya qızıdır, ya oğludur,

uzaq-yaxın qohumudur.

Bəlkə bəşər nəslimizin

əbədiyyət qanunudur?!

Allah, Allah! Yüz il keçir,

Səfər bəyin əvəzinə, –

Qız nəvəsi həyat verir

Nigarinin Türbəsinə.

   

lll

   

Nərminədən Nərminəni

                       soruşuram.

Şeyxim, səni soruşuram.

Necə oldu, Türkiyədə

                         Amasyada,

yüz il əvvəl tikilən bir

abidəni saldın yada?!

Tək canınla,

belə nəcib görkəminlə?

Nigariylə üz-üzəydin, –

                          gör kiminlə!

Ötən bulud, çaxan şimşək

İçindəymiş çölündəymiş.

Bu Türbənin taleyitək

bir xanımın əlindəymiş!

Bu sevdanın Sirri nəymiş?

 

lll

   

Suallarım heyrətimdi,

                        sual deyil.

Heyrətim hörmətimdi,

başqa bir qeylü-qal deyil.

Sözüm sözgəlişi deyil.

Təmir işi, bərpa işi

hər qadının işi deyil.

Bu, xanım yerişi deyil.

Belə zərif, belə həssas,

                      belə kübar.

Mən demirəm, danışırlar.

Südün halal,

               qanın təmiz,

                        adın pakdı.

Belə könül açıqlığın

könülləri açacaqdı.

Sənin hüsn-camalını

burda görən gündən bəri,

tərifləyir hüsn-camal

                              sahibləri.

Fitnə öküz qaldırdısa

                              çiynində tək,

sən Türbəni qaldırdın ki,

                              o çökəcək.

Bu torpağın sən fitnəsiz,

                              cəsur qızı!

Yazdın türkün tarixinə

               bizim türk adımızı.

Səfər bəyin ruhu şaddı.

Yenə o kök, o soyaddı.

Necə deyim dünya yaddı.

Əvəz-əvəz olan dünya,

bir dünya səs olan dünya.

Gedən dünya, qalan dünya.

Niyə sənə deyirlər bəs

                               yalan dünya?!

Necə oldu, qərar verdi

sənin qadın cəsarətin,

Seyid Həmzə Nigarini

                                ziyarətin?!

Qar yağırdı,

                     dümağ badam çiçəkləri.

Amasyada bizim Ağdam çiçəkləri.

Məni görüb qış özünü 

                        göstərirdi.

Xoş üzünü görməmişdim,

              boz üzünü göstərirdi.

Dedim amma, gərək tapam,

yalvarırdım, sən hardasan,

                                Seyid babam?!

Amasiya ... o da böyük

                                bir şəhərdi,

                                        vilayətdi.

Gedib gördüm: bir dalandı,

                                 bir həyətdi,

                                       bir türbədi.

Yağan yağış, qopan tufan

                                     içindədi,

yerdən qalxan, göydən daman

                                     içindədi.

Mən sevirdim uşaqlıqdan

                                     nağılları, –

    daxıl düşdüm, dedim Allah,

                               kəs o qarı.

Ay işığı, Gün işığı

öpsün dedim Nigarinin

                        Türbəsini,

Haqq eşitdi bəndəsini.

Sən varağa,

Mən torpağa

yazdım şair,Şeyx babamın

                             nəğməsini.

Özü mənə dayaq oldu,

Mən vaxt ki, oyaq oldum,

O da o vaxt oyaq oldu.

Mən Türbəni söküb-yığdım,

                              bəzətdimsə,

anacaqdı bəlkə şair,

                             məni kimsə

Şeyx Nigari deyə-deyə,

Bir Türbə sən ucaltdın

Seyid Həmzə Nigariyə.

Mən ordayam,

Elim-obam orda hələ,

sağdı babam orda hələ.

Nigariylə Nigar hələ

Yüz il sonra soyumayıb

o samovar orda hələ.

O dünya yaşayır hələ, –

əsiri əsirdi deyir,

kəsiri kəsirdi deyir.

Pir Dədəmiz ilahi bir

                  sirdi deyir.

Dedim: haqdan gələn vəhydi,

ilham dolu bir ürəkdi,

yeni sevdan mübarəkdi.

Durur sənin paltarın”. –

sadə, saya bir gödəkcə,

                      qalın əlcək,

bir sənə yaraşmayan

                        batinkalar.

Sən qoyduğun kərpicin

                     biriSeyid”,

                                 biriNigar”.

Seyid-Nigardastanıdı

sən hördüyün şah misralar.

Hünər qadın hünəridi,

bu hökmü zaman verir.

SənTürbəni göstərirsən,

Türbəsəni nişan verir.

   

Qazancını demirəm tək,

İnciyərsən,

                 çox həssassan, –

Tanrı versin, sən qazan.

Öz hüsnünü,

              camalını,

                     paklığını,

                                həyatını,

                                         sağlığını

girov qoydun, həsr elədin.

Türbənibir Qəsr elədin.

daş-divarın ömrünü

uzatdın, bir əsr elədin.

Gələcəyə salam verdin,

bir bir arzu-kam verdin.

SabahQəsr, Daş dilində

danışacaq sənin adın.

Yaşa xanım!

Bu torpaqda mən doğuldum,

                                    sən yaşadın.

Ömür boyu çıx qarşıma,

taleyimdə yaşa mənim.

Qızların gözünün gözü!”,

ey Nərminə Paşam mənim.

İbadət olsun gərək,

bu qeyrətə ibadət.

Adətimiz ibadət,

ibadətimizadət.

   

V

   

O torpaq ki, məscidi,

                         türbəsi yoxdu,

orda əzan səsi yoxdu.

Eşqin piyaləsi yoxdu.

O qeybdən gələn səsdi.

Yer hər yerdə müqəddəsdi.

Ziyarət yerimiz çoxdu,

ziyarətgah olan yoxdu.

Məscidminbərdi, mehrabdı.

Orda yerə ayaq basmaq

şair, özü bir savabdı.

   

Cındır Osman, salam qağa,

hardan gəlib düşdün yada.

Bir ayağın Qazaxdaydı,

bir ayağın Amasyada.

Qoy dillərdə gəzsin adın,

   

o yığılan qızılları,

                       sən daşıdın

Tanrı versin əvəzini.

Yoxsa necə tikərdilər

Seyidlərin türbəsini.

Amasiya,

Azərbaycan

                       ya Dağıstan...

həm yaxındı, həm uzaq.

Gedib-gəlmək öz işindi,

asan olmur baş çıxarmaq

Kimlərlə üz-üzə oldun? –

özün bir möcüzə oldun.

Dayı, nədir apardığın

                               eldən-elə?

Yüküm qızıl, əynim belə...

İşim ağır, yolum uzaq,

köməyimə kim çatacaq!

   

Düzlüyünə

                  məhəl qoyan,

əlin üstə bir əl qoyan

olmadı heç.

Dayı, sən keç.

Oğul, amma yıxılmaram,

                                 əyilmərəm,

Cındır Osman kişi mənəm!

Gülüşdülər,

Ya dəlidi, ya da bivec.

Dayı, sən keç!

Cındırına inandılar,

               ağlına yox,

                          odayılar”.

Keçdin rusun,

Osmanlının kömrüyünü.

Sən bağladın Cındır Osman,

                         zaman açdı

                         bu düyünü.

Qazaxda Mahmud əfəndi

eşitdi, güldü, bəyəndi,

səndən ötrü qəhərləndi.

Cındırsözü hallandıqca

                            dəyərləndi.

Kim ki, sənə cındır deyir,

batır mənə nizə kimi.

İpək üstə toxudardım

cındırınıbəzək kimi.

Sən cındıra bükdün Osman,

                                 paklığını,

                               düzlüyünü

Biz gördük astarını

                               üzlüyünü”.

Adam da var, Osman qağa,

cındırını bükür amma

                       o paklığa.

vicdana sığan şeydi,

                            namusa.

Yəqin mən əl çalmışam

                             o dəyyusa

   

VI

   

Seyid Həmzə Türbəsində,

axşam, bayram süfrəsində

dünyagörmüş bir ağsaqqal,

aldı-yatdı məni dərhal:

   

Elə ki bir bayram gələr,

anam məni çimizdirər,

                            geyindirər,

şirin-şirin dindirərdi,

ziyarətə göndərərdi.

   

Dərs ilimiz başlayardı,

məktəbədərsə gedərdik.

Əvvəl Seyid Türbəsinə

verib səs-səsə, gedərdik.

   

Babamın da əllərindən

                           öpmək üçün,

ziyarətə gedərdim mən

                           elə o gün.

Toyda-yasda unutmazdıq

                                ziyarəti,

babamızdan, nənəmizdən

bizə qalan bu adəti.

Azad deyilsə bir dövlət,

mən, sən, bir millət

Qıla bilməz orda cümə

                            namazını.

Ala bilməz orda İslam

                            havasını.

Əxlaqımız bizim buydu,

günlər bayramla doluydu.

Ruslar, sovetlər  dəyişdi,

dünya birtəhər dəyişdi,

bizim adətlər dəyişdi.

Elə ki, adət itir,

dalınca millət itir.

Amasyada mən gördüyüm

                        bu toydüyün,

Türbənin bərpası deyil,

adətin bərpasıdı.

Əxlaqın da, bu əxlaqa

hörmətin bərpasıdı.

Geriyə yox, irəliyə, –

Seyid Həmzə Nigariyə,

özümüzə qayıdışın

                              bərpasıdı.

Sizdən bizə,

bizdən sizə qayıdışın

                              bərpasıdı.

Bir könlü ki, xoş elədin,

o Tanrıya ibadətdi

Könüllərə ziyarət ,

Mədinəyə, ya Məkkəyə

                            ziyarətdi.

Mən bilmədim, məni belə

                            ovsunlayan, –

o qocaydı,

ya səniydin, Azərbaycan.

 

lll

   

Deyirlər ki, Şeyx Nigari,

ölümündən bir az qabaq,

fikri iti, baxtı oyaq

                            bir nəfəri

göndərib ki, Qarabağa, –

oğlunun bir köynəyini

dəfn eləsin o torpağa.

Əslimizi soruşsalar,

                            qəbrimizi

                            nişan verin”.

Pul-para da veribdi ki,

                             Qarabağda

                             ehsan verin.

Bir az torpaq istəyibdi,

                              bəs eyləyər, –

                              deyib o da.

Öz qəbrimə,

Amasyada basdırdığım

                          oğluma da ...

lll


Mənim
Tanrım!

Mənim ulu Peyğəmbərim!

Seyidlərdənseyidlərə

istəyirəm salam deyim.

Şeyx Sədi Ağam deyim.

Səfər bəyə bəyim deyim.

Mir Cəlalı doyunca

                         dinləyim deyim.

Bakıda Mir Möhsün Ağa! –

                               o torpağa,

üzümü söykəyim deyim.

Məni Çərcis peyğəmbərim

çağırmışdı Beyləqana.

                              Orda ona,

                              dəyim deyim.

Gedim Mahmud Əfəndini

ziyarət eyləyim deyim.

Haqq yolunda haqsız gedən

                               seyidlərim,

                                       şəhidlərim!

    Sizsiz qalan bu dünyaya

                                  heç bilmirəm,

                                  nəyim deyim?!

   

Epiloq əvəzi

   

Seyid, türbən mübarək,

zəvvarların gələcək

Burda bir ruh, bir ürək

üzbəsurət danışır.


lll


Mir
Həmzə Nigaridən,

nigaran olma Vətən.

Şairin taleyindən

indi millət danışır.


lll


Var
ol ulu yaradan,

seçdin ağı qaradan.

Yanılma, tarix yazan,

o təriqət danışır.


lll


Amasya
torpağında,

Mövlana sorağında.

bu ana qucağında,

mehr-ülfət danışır.


lll


Əzizim
, mehribanım,

oyat məni, oyanım.

Seyid, Nərminə xanım

bir rəvayət danışır.


lll


O
deyir: yarın mənəm,

son yadigarım mənəm.

Seyid, Nigarın mənəm,

Ruh, şəriət danışır.


lll


Açdım
, bükdüm, bələdim,

köhnəni təzələdim.

Gül üstə gül ələdim

bunu ümmət danışar.


lll


Ruhun
-ruhumda Şeyxim,

gördüm yuxumda Şeyxim.

Mənim ahımda Şeyxim

bir səadətdanışır”,


lll


Dağlara
çən düşəndə,

sünbülə dən düşəndə

ruhu bədəndən oynar

yadına sən düşəndə.


lll


Eşqdi
, ülfətdi dünya,

Eşqsiz qeybətdi dünya.

Demək, zülmətdi dünya,

Demək zülmət danışır.

   

Türkiyə

Amasya, – Bakı. 2014

 





15.12.2014    çap et  çap et