525.Az

Finlandiyada azərbaycanlı rəssamın kitab-albomunun təqdimatı keçirilib


 

Finlandiyada azərbaycanlı rəssamın kitab-albomunun təqdimatı keçirilib<b style="color:red"></b> Finlandiyanın Helsinki şəhərində azərbaycanlı rəssam - Çingiz Abbasovun rəsm əsərlərindən ibarət kitab-albomun təqdimatı keçirilib.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Finlandiyada 10 ildən artıqdır fəaliyyət göstərən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti təşkil etdiyi mərasimdə Finlandiyanın mədəniyyət və incəsənət xadimləri, habelə Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
 
Qeyd edək ki, Ç. Abbasov Azərbaycan incəsənətini dünya arenasında tanıdan müasir rəssamlarımızdan biridir. 1990-cı illərdə rəssam öz əsərlərini ilk dəfə Finlandiyada sərgiləyib, daha sonra isə Avropanın digər ölkələrində nümayiş etdirib. 1990-cı illərdən etibarən Ç. Abbasov Azərbaycan Qəbələ Beynəlxalq İncəsənət Sərgisi, Nyu-Yorkda “Artekspo” və “İtaliya Florence Biennalesi” kimi dünyanın bir çox beynəlxalq sərgilərində iştirak edib. Rəssamın əsərlərinə Finlandiyanın dövlət başçısının, o cümlədən dünyanın bir çox özəl və dövlət rəsm kolleksiyalarında rast gəlinir.
 
Yüz iki rəsm əsərindən ibarət kitab-albom ABŞ-da nəşr edilib. Kitab Xəzər dənizi, Xəzərin sahilində Bakının qədim və dinamik inkişaf edən bir şəhər kimi təsvirlərindən ibarətdir. Kitab Finlandiya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
 





15.12.2014    çap et  çap et