525.Az

DİN-dən rəsmi açıqlama


 

DİN-dən rəsmi açıqlama<b style="color:red"></b>

Dekabrın 15-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəsmi açıqlama yayıb. 

525.az-ın məlumatına görə açıqlamada deyilir:

Bu gün Daxili İşlər Nazirliyində Bakı Şəhər Baş Polis İdarəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanılmasının nəticələrinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

İşdə yol verdikləri ciddi nöqsanlara görə Baş İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş tutduqları vəzifələrdən azad olunublar.

 





15.12.2014    çap et  çap et