525.Az

Rusiya XİN təəssüf edir


 

Rusiya XİN təəssüf edir<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviçin APA-nın Moskva müxbirinə müsahibəsi.

- Noyabrın 13-də Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin 12 nəfərlik nümayəndə heyəti ilə respublikanın şimal-qərb bölgəsinə səfər edib, avar və ləzgi xalqlarının nümayəndələri ilə görüşüb. Azərbaycan mediası bu informasiyanı Moskvanın Azərbaycanda etnik müharibəyə hazırlaşması kimi dəyərləndirir. Rusiya səfirinin bu görüşünü və ümumilikdə bu informasiyanı necə şərh edərdiniz? 

- Azərbaycanın Rusiyadakı səfiri Vladimir Doroxin noyabrın 14-15-də respublikanın Zaqatala rayonunda səfərdə olub. Qeyd etmək istəyirəm ki, bu səfər Azərbaycanın Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Yəni onlara əvvəlcədən xəbərdarlıq edilib. Səfər zamanı Vladimir Doroxin Zaqatala rayonunun icra hakimiyyəti ilə görüşüb. Səfirə regionun sosial-iqtisadi inkişafı barədə məlumat verilib. Eyni zamanda bildirilib ki, regionda rus dilinin tədrisi yüksək səviyyədədir. Bütün ölkələrin səfirləri regionlara səfər edir. Səfir Vladimir Doroxinin səfərinin belə yozulması bizi təəssüfləndirir. 


- Bir müddət əvvəl Moskvada “Prezident hotel”də “Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları” adlı I beynəlxalq konfrans keçirilib. Həmin konfransda Moskvada fəaliyyət göstərən ləzgi və avar cəmiyyətlərinin rəhbərləri və fəalları, erməni və ermənipərəst rus ziyalıları Azərbaycanda ləzgilərin və avarların hüquqlarının pozulduğunu iddia edib və onlara müəyyən çərçivədə muxtariyyət verilməli olduğu tələbini irəli sürüblər. Konfransda Rusiya Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Federal Miqrasiya Xidməti və Federal Sərhəd Xidmətindən nümayəndələrin iştirak edib. Qərara alınıb ki, Rusiyanın Qusar, Qəbələ və Zaqatala rayonlarında konsulluqları açılsın, Rusiyanın Azərbaycandakı səfirliyində ləzgi və avarların hüquqları üzrə müşavirlik fəaliyyət göstərsin. Rusiya Xarici İşlər Nazirliyi Moskvada Azərbaycan əleyhinə tədbirin keçirilməsini necə şərh edir? 

- Rusiya qanunvericiliyinə görə, bu ölkənin ərazisində dövlət qeydiyyatından keçmiş bütün ictimai təşkilatlar tədbir keçirə bilərlər. Rusiya Xarici İşlər Nazirliyi ictimai təşkilatlar tərəfindən keçirilən tədbirlərin işinə qarışa bilməz. O ki, qaldı “Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları” adlı I beynəlxalq konfransda səslənən fikirlərə, bunu deyə bilərik ki, bu konfransda səslənən fikirlər həmin ictimai təşkilatların fikirləridir. Rusiyanın Qusar, Qəbələ və Zaqatala rayonlarında konsulluqlarının açılması isə yalnız iki dövlət arasında müzakirə olunacaq və həll ediləcək məsələdir.

- Yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının Kreml tərəfindən yaradılması barədə fikirlər səslənir. Bunu necə şərh edərdiniz? 

- Rusiya Azərbaycan Təşkilatları İttifaqının Rusiya dövləti, yəni Kreml tərəfindən yaradılması ilə bağlı səslənən fikirlər şayiələrdən başqa bir şey deyil. Biz Rusiya Xarici İşlər Nazirliyi olaraq şayiələrə heç bir şərh vermək istəmirik.

 





22.11.2012    çap et  çap et