525.Az

Ərzaq məhsulları bahalaşıb


 

Ərzaq məhsulları bahalaşıb<b style="color:red"></b> Azərbaycanda ərzaq məhsullarının bahalaşması rəsmən təsdiqlənib.

Lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay istehlak mallarının qiymətləri və xidmət tarifləri  0,1 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşıb.

Ötən ay ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,5 faiz, xidmət tarifləri isə 0,4 faiz bahalaşıb.
 





16.12.2014    çap et  çap et