525.Az

Məscidlərdə mühafizə sistemi qurulur


 

Məscidlərdə mühafizə sistemi qurulur<b style="color:red"></b>

Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə mühafizə sisteminin qurulması ilə bağlı iş aparılır.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
Azərbaycanda bəzi məscidlərin xüsusi mühafizə sisteminin olduğunu deyən M. Qurbanlı amma bunun bütün məscidlərdə olmadığını açıqlayıb:
 
“Ona görə də hesab edirik ki, məscidlərdə mühafizə sisteminin qurulması zəruridir. Biz bu istiqamətdə işlər görürük”.

 





17.12.2014    çap et  çap et