525.Az

Rusiya XİN rəsmi Vaşinqtonu ittiham etdi


 

Rusiya XİN rəsmi Vaşinqtonu ittiham etdi<b style="color:red"></b> Rusiya iqtisadiyyatında çətinliklərin yaranmasında rəsmi Vaşinqtonun rolunun olması şübhə doğurmur.
 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.
 
“Biz dəfələrlə ABŞ administrasiyası nümayəndələrinin Rusiya maliyyə bazarını müzakirə etdiklərinin şahidi olmuşuq. ABŞ administrasiyasının maliyyə-iqtisadiyyat bölməsinin Rusiya iqtisadiyyatında çətinliklərin yaranmasında rolu olması şübhə doğurmur”, deyə S.Ryabkov bildirib.
 





18.12.2014    çap et  çap et