525.Az

Metropoliten gücləndirilmiş iş rejiminə keçəcək


 

Metropoliten gücləndirilmiş iş rejiminə keçəcək<b style="color:red"></b> “Yeni il bayramı ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.
Bunu Lent.az-a açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, gücləndirilmiş rejim bayram günlərini əhatə edəcək. “Hətta yeni il gecəsi metro işçiləri adi günlərdən fərqli olaraq 1 saat çox çalışacaq".

Qeyd edək ki, Beynəlxalq Avtovağzal dekabrın 27-dən (şənbə günü) yanvarın 5-dək,  dəmir yolu isə dekabrın 29-dan yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq.
 
 





18.12.2014    çap et  çap et