525.Az

Avropa Parlamenti Gürcüstanla bağlanmış assosiasiya sazişini ratifikasiya etdi


 

Avropa Parlamenti Gürcüstanla bağlanmış assosiasiya sazişini ratifikasiya etdi<b style="color:red"></b>

Avropa Parlamenti Avropa İttifaqı ilə Gürcüstan arasında imzalanmış assosiasiya sazişini ratifikasiya edib.

APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, səsvermə zamanı sənədin lehinə 490 nəfər, əleyhinə isə 76 nəfər səs verib.
 
Ümumiyyətlə səsvermədə 623 deputat iştirak edib.
 
İclasda Gürcüstan prezidenti Georgi Marqvelaşvili, xarici işlər naziri Tamar Beruçaşvili, Gürcüstanın Avropa İttifaqındakı nümayəndəsi Natalya Sabanadze, habelə sabiq prezident Mixail Saakşavili iştirak ediblər.

 





18.12.2014    çap et  çap et