525.Az

"Fransa Ermənistana münasibətini dəyişməyəcək"


 

"Fransa Ermənistana münasibətini dəyişməyəcək"<b style="color:red"></b>

Fransanın Ermənistan və 1915-ci il hadisələri ilə bağlı mövqeyi dəyişməyəcək.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Fransanın Türkiyədəki səfri Loren Billi deyib.

Onun sözlərinə görə, Ankara Paris-Yerevan əlaqələrini bilir: "Fransanın Ermənistana münasibətdə mövqeyinin dəyişməsi gözlənilmir".

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradaraq arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

 





18.12.2014    çap et  çap et