525.Az

Təhsil naziri ali məktəblərdən narazıdır


 

Təhsil naziri ali məktəblərdən narazıdır<b style="color:red"></b>

“Bu gün ali məktəblərdəki müəllim hazırlığı orta məktəblərdəki müəllim hazırlığından geri qalır”.

Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, artıq təhsildə yeni təcrübə və texnologiyalardan istifadə olunur: “Ali məktəblərimiz orta məktəblərimizdə gedən təhsil prosesindən xəbərsizdir. Müəllim hazırlığında universitetlər orta məktəblərdən geri qalır. Məzunlar müəllimlik sənətinə yeni işləməyə başladıqları məktəblərdə tədricən yiyələnirlər. Halbuki, onlar orta məktəblərə tam hazır gəlməli, ali məktəbdə öyrəndiklərini orta məktəblərdə tətbiq etməlidirlər”.

S.QARAYEVA

 





22.11.2012    çap et  çap et