525.Az

Tbilisidə Azərbaycan multikulturalizmi tədris ediləcək


 

Tbilisidə Azərbaycan multikulturalizmi tədris ediləcək <b style="color:red"></b> Bu gün Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Vladimir Papava arasında Memorandum imzalanıb.
 
Bakı Beynəlxalq Multikultuiralizm Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Slavyan Universitetinin əsas binasında imzalanan Memoranduma uyğun olaraq növbəti akademik tədris ilində Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Bakı Beynəlxalq Multikultuiralizm Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə, eləcə də hazırladığı proqram əsasında “Azərbaycan Multikulturalizmi” fənni tədris ediləcək.
 





18.12.2014    çap et  çap et