525.Az

Həmsədrlər Dağlıq Qarabağda


 

Həmsədrlər Dağlıq Qarabağda<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna gediblər.

APA-nın məlumatına görə, vasitəçilər bu gün Xankəndidə separatçı rejimin rəhbəri Bako Saaakyanla görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər və regiondakı son vəziyyət müzakirə olunub. Həmsədrlər Dağlıq Qarabağdan İrəvana qayıdacaqlar. Onların Bakıya səfəri gələn həftəyə nəzərdə tutulur.

 





22.11.2012    çap et  çap et