525.Az

Yazıçı Əkbər Qoşalı mükafatlandırılıb


 

Yazıçı Əkbər Qoşalı mükafatlandırılıb<b style="color:red"></b>

Azərbaycanlı yazar Əkbər Qoşalı bugünlərdə bir neçə türk ölkə və topluluğundan medal, plaket və “Fəxri Fərman”la təltif edilib.

Bu barədə 525.az-a danışan yazıçı bildirib ki, Qırğız Respublikası “Toktokul Satılqanov Fondu” tərəfindən medalla təltif edilən Əkbər Qoşalı, TÜRKSOY tərəfindən, Türk Dünyası Ədəbiyyatına dəyərli xidmətlərinə görə Plaketlə təltif edilib.
 
Həmçinin Tatarıstan Yazıçılar Birliyi, Çuvaşıstan Yazıçılar Birliyi, Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi Məclisi, Gənc Qaqauz Yazıçılar Birliyi, habelə Özbəkistan “Kamolat” Təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif edilən Ə.Qoşalı, bu təltiflərə adıkeçən ölkə və topluluqlarla, ədəbi qurumlarla ikitərəfli ədəb-mədəni əlaqələrin gücləndirilməsi habelə ümumən Türk Dünyası Ədəbiyyatına göstərdiyi xidmətlərə, gənc istedadların üzə çıxarılması sahəsində gördüyü diqqətəlayiq işlərə görə layiq bilinib.

Təltiflər, bugünlərdə Azərbaycan Gənclər-İdman Nazirliyi tərəfindən dəstəklənən, DGTYB-nin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanda səfərdə olan türk ölkə və topluluq təmsilçiləri tərəfindən təqdim edilib.

Qeyd edək ki, Ə.Qoşalı hazırda Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, DGTYB Təsisçilər Şurasının başqanı, “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat şöbəsinin redaktorudur.

 

 





19.12.2014    çap et  çap et