525.Az

Rəsul Cəfərovun şikayəti təmin olunmadı


 

Rəsul Cəfərovun şikayəti təmin olunmadı<b style="color:red"></b>

Bu gün Bakı Apellyasiya Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya şikayətinə baxılıb.
 
Lent.az-ın məlumatına görə R. Cəfərovun şikayət təmin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl R. Cəfərov ev dustaqlığına buraxılmaqla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən qərardan apellyasiya şikayəti verilib.

R. Cəfərov avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilib.

Sonradan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham elan olunub.

 





19.12.2014    çap et  çap et