525.Az

"Nazim İsmayılov heç vaxt unudulmayacaq"


 

"Nazim İsmayılov heç vaxt unudulmayacaq"<b style="color:red"></b>

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılovun vaxtsız ölümü ilə bağlı bəyanat yayıb .

BAMF  dərin hüznlə bildirib ki,  2014-cü ilin son ayında beynəlxalq ictimaiyyət yüksək peşakarlığı ilə fərqlənən, böyük vətəndaşlarından birini itirdi. "Cənab Nazim İsmayılov başa düşürdü ki, həm öz ölkəsinin, həm də dünyanın vətəndaşı olmaq hansı məsuliyyəti özündə ehtiva edir. Azərbaycanın vətənpərvər oğlu Nazim İsmayılovun rəhbərliyi altında ANAMA dünyada ən yüksək peşəkarlığı ilə fərqlənən humanitar minatəmizləmə qurumlarından  birinə çevrilib. Məhz onun və ətrafına topladığı peşəkar komandası sayəsində ANAMA beynəlxalq bir brend kimi dünyanın ən müxtəlif ölkələrində fəaliyyətini qurub. Bu dövlətlər sırasında Əfqanıstan, Gürcüstan, Tacikistan, Türkiyə, İraq və İordaniya var. Bundan başqa Avropa Birliyinin üzvləri, ABŞ, Vyetnam və Küveytin rəsmi qurumları ilə əməkdaşlıq münasibətləri yaradılıb. İndi beynəlxalq humanitar qurumlar  ANAMA-ya  ərazilərin minalardan təmizlənməsi üzrə  komandaların beynəlxalq məktəbi kimi baxır. Cənab İsmayılov hər zaman öz peşəsinə sadiq qalıb və indi də biz bu fövqəl insanın təbliğ etdiyi prinsiplərin bundan sonra da təbliğinə sadiq qalmalıyıq". Mərhumun yaxın dostu , Beynəlxalq Avrasiya Mətbuat  Fondunun sədri Umud Mirzəyev əminliyini bildirib ki,  Nazim İsmayılov bir vətənpərvər vətəndaş kimi  Azərbaycan xalqının yaddaşında həmişə yaşayacaq  və o heç vaxt unudulmayacaq .

Qeyd edək ki, BAMF Nazim İsmayılovun vaxtsız ölümü ilə bağlı bir sıra beynəlxalq humanitar təşkilatlara da xüsusi müraciət ünvanlayıb. Bu müraciətlərə cavab yazan minatəmizləmə  qurumlarının Mozambik və Vyetnamdakı baş qərargahları N.İsmayılovun  peşakarlığına  xüsusi hörmət bəslədiklərini , onun ölüm xəbərindən məyus olduqlarını bildiriblər . Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Bakıdakı mərkəzi ofisinə də  beynəlxalq  təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirliklərindən başsağlığı məktubları gəlməkdə davam edir.

NATO, ABŞ Dövlət Administrasiyası, Xorvatiyanın, Bosniya və Hersoqovina, Tacikistanın minatəmizləmə üzrə ixtisaslaşmış qurumları ANAMA-ya rəsmi başsağlığı məktubu göndərərək , bu hadisədən çox kədərləndiklərini ifadə ediblər.

 





19.12.2014    çap et  çap et