525.Az

Azərbaycan-Serbiya ədəbi əlaqələri müzakirə olunub


 

Azərbaycan-Serbiya ədəbi əlaqələri müzakirə olunub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri , "Kitabçı" jurnalının baş redaktoru Səlim Babullaoğlu Serbiyanın Azərbaycandakı səfirliyində mədəniyyət və konsulluq məsələləri üzrə müşavir Milanko Bayçeta ilə görüşüb.
 
"Kitabçı" jurnalının "Serbiya xüsusi əlavəsi" ilə əlamətdar olan son sayını səfirliyə təqdim edən S.Babullaoğlu görüş barədə açıqlamasında bildirib ki, M.Bayçeta ilə görüş olduqca maraqlı, səmimi və işgüzar atmosferdə keçib.

"Biz "Kitabçı" jurnalının Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə işbirliyi kimi meydana çıxan  "Serbiya xüsusi əlavəsi" ətrafında fikir mübadiləsi  apardıq.

Ədəbi Əlaqələr Mərkəzi ilə Serbiya Yazıçılar Birliyi arasında bağlanmış, yaxın 3 il üçün əməkdaşlığı nəzərdə tutan "Memorandum"la bağlı, serb ədəbiyyatının gələcəkdə də  Azərbaycan oxucusuna yaxından tanıdılması perspektivlərini müzakirə etdik.
 
Cənab Bayçeta səmimi, öz xalqını sevən, bizə isə dərin hörmət bəsləyən diplomatdır, inanıram ki, bizim əməkdaşlığımız bundan sonra daha sürəkli xarakter alacaq".

 





19.12.2014    çap et  çap et