525.Az

"Müxalifət qəhrəman elan etdiyi Elşad Abdullayevi öz düşməni kimi kənara atacaq”


 

"Müxalifət qəhrəman elan etdiyi Elşad Abdullayevi öz düşməni kimi kənara atacaq”<b style="color:red"></b>

Müxalifətin Elşad Abdullayev “sevgisi” müvəqqəti xarakter daşıyır. Müxalifət hər zaman olduğu kimi, bu dəfə də kimlərdənsə öz şəxsi maraqları üçün istifadə etməyə çalışır”.

“525”-in verdiyi məlumata görə, bu fikirləri hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə son günlər müxalifət liderlərinin keçmiş Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin müdafiəsinə yönəlik səsləndirdiyi bəyanatlara münasibətini bildirərkən dilə gətirib. A.Mirzəzadə qeyd edib ki, müxalifət bu gün qəhrəman kimi təqdim etməyə çalışdığı E.Abdullayevi zamanı gələndə düşmən elan edəcək:
“Bu, bizim müxalifətin köhnə adətidir. O, lazım gələndə kimlərdənsə öz şəxsi maraqları naminə istifadə etməyə çalışır, sonra isə onları özünə rəqib və ya düşmən elan edir. Bu dəfə də belə olacaq. Ancaq ümumilikdə götürəndə nə müxalifətin E.Abdullayevlə bağlı mövqeyi, nə də həmin şəxsin özünün dırnaqarası açıqlamaları bizi maraqlandırmır. Onlar bizim üçün əhəmiyyətsiz məsələlərdir”.

Kamil Həmzəoğlu

 





22.11.2012    çap et  çap et