525.Az

“İpəkdə yaşayan izlər” İstanbulda sərgilənir


 

“İpəkdə yaşayan izlər” İstanbulda sərgilənir<b style="color:red"></b>

İstanbuldakı “Niş Art” qalereyasında rəssam Tünzalə Məmmədzadə və tələbələrinin “İpəkdə yaşayan izlər” adlı rəsm sərgisi keçirilib.

Sərgidə Tünzalə Məmmədzadə və tələbələri Elmar Məmmədzadə, Mahizər İbadzadə və Fərid Salamlının şəffaf ipək üzərində yaratdıqları 50-yə yaxın əsəri nümayiş olunub.

Sərginin açılışında çıxış edən Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycanın İstanbuldakı konsulu Esmira Hüseynova, Yeditepe Universitetinin dosenti Teymur Rzayev, Türkiyədə yaşayan azərbaycanlı rəssamlar Ədalət Qarayev və Əbülfəz Fərəcoğlu T.Məmmədzadənin yaradıcılığının Azərbaycan rəssamlığında yeni yol olduğunu söyləyiblər. Qeyd edək ki, T.Məmmədzadə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır.

S.ABDULLAYEVA

 





20.12.2014    çap et  çap et