525.Az

"Düşünən qələm" müsabiqəsinin qalibləri mükafatlandırıldı


 

"Düşünən qələm" müsabiqəsinin qalibləri mükafatlandırıldı<b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və Azərbaycanda ilk peşəkar psixologiya jurnalı olan "Düşüncə" jurnalının birgə lahiyəsi olan “Düşünən Qələm” müsabiqəsinin qalibləri təltif olunub.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən Lent.az-a verilən məlumata görə, mükafatlandırmada BDU Tələbə Həmkarlar  İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov və komitə əməkdaşları, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və "Düşüncə" jurnalının baş redaktoru Vüsalə Ələkbərova iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan komitə sədri, bu tip layihələrin vacibliyindən danışıb və əməkdaşlığın davam etdiriləcəyinə ümidini ifadə edib. "Düşüncə" jurnalının baş redaktoru Vüsalə Ələkbərova "Düşünən qələm" müsabiqəsi barədə ümumi məlumat verərək, qaliblərin seçilmə kriteriyalarından söz açıb. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmov son zamanlar psixologiya elmi sahəsində olan yeniliklərdən, inkişafdan danışıb.
 
Daha sonra ilk 3 yerin qaliblərinə sertifikat və digər təltif hədiyyələri, eyni zamanda, Psixologiya və Konsultasiya mərkəzində tədris edilən kurslarda iştirak üçün 200 aznlik hədiyyə kuponları təqdim olunub. 1 ay davam edən "Düşünən qələm" müsabiqəsinə müəyyən edilmiş istiqamətlər üzrə psixologiya fakültələrinin tələbələri və gənc mütəxəssislər tərəfindən yazılmış 60-a yaxın məqalə qəbul edilib. Qaliblərdən əlavə, 17 nəfər fərqlənən iştirakçılara təşəkkürnamə və xatirə hədiyyələri verilib.
      

 





23.12.2014    çap et  çap et