525.Az

“KamAZ”-ın bəzi modelləri Azərbaycanda yığılacaq


 

“KamAZ”-ın bəzi modelləri Azərbaycanda yığılacaq<b style="color:red"></b>

Rusiyanın iri yük avtomobil istehsalçısı olan “KamAZ” ASC Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi (İB) ilə birgə Azərbaycanda avtomobillərin yığılmasına dair bir neçə müqavilə imzalayıb.

“APA-Economics”in “KamAZ” ASC-nin saytına istinadən verdiyi məlumata görə, Rusiya istehsalçısının yaydığı xəbərdə bildirilir ki, ağır tonnajlı avtomobillərin sənaye üsulu ilə yığımına artıq gələn ilin birinci yarısında başlanacaq.
 
Müqavilələrdən biri gələcəkdə Azərbaycan müəssisəsində yığım üçün yük maşınlarının maşın komplektlərinin tədarükünü nəzərdə tutur. Həmçinin “KamAZ” avtomobillərinin “KamAZ-43114”, 4326, 43118, 65115, 65117 və 6520 modellərinin yığılma hüququna dair Gəncə Avtomobil Zavodu ilə “KamAZ” arasında lisenziya razılaşması da imzalanıb.
 
İstehsal həcmləri yaxın vaxtlarda məlum olacaq.
 
Tərəflər “KamAZ” avtomobillərinin yığım istehsalı ilə yanaşı, Bakı və Gəncədə planlaşdırılan zəmanət və zəmanət sonrası dövrlərdə texniki xidmətin təşkil edilməsi şərtlərini də razılaşdırıblar.
 
Qeyd edək ki, “KamAZ” dünyanın ağır yük maşın istehsalçıları arasında 11-ci və dizel mühərriklərinin həcminə görə 8-ci yerdədir. Vahid kompleksə avtomobil istehsalının 12 iri zavodu daxildir. Zavod 150-dən artıq təşkilatı ilə Rusiya, MDB və xaricdə yerləşir.
 
Bu avtomobillər MDB, Avropa, Asiya, Afrika və Latın Amerikasının 80-dən çox ölkəsində istismar olunur.

 





23.12.2014    çap et  çap et