525.Az

Seçici fəallığı saat 12:00-a 21,44 faiz olub


 

Seçici fəallığı saat 12:00-a 21,44 faiz olub <b style="color:red"></b>

Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 12:00-a 21,44 faiz təşkil edib.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib.
 
O qeyd edib ki, saat 12:00-a qədər 4 819 382 seçicidən 1 033 210-u səs verib: “Seçici fəallığına görə qeyd olunan vaxta qədər 51 saylı Qusar və 53 saylı Quba-Qusar Seçki dairələri öndədir. Ən zəif seçici fəallığı isə Gəncədəki Seçki dairələrində qeydə alınıb.

Qeyd olunan vaxta MSK-ya 50 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Hazırkı saata qədər heç bir qanun pozuntusu müşahidə olunmayıb”.

 





23.12.2014    çap et  çap et