525.Az

Bakıda Türkiyə vətəndaşını döydülər


 

Bakıda Türkiyə vətəndaşını döydülər<b style="color:red"></b> Bakıda Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb və qarət olunub.

Binəqədi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakıda yaşayan Türkiyə vətəndaşı 1980-ci il təvəllüdlü Özgür Balta Hüseynoğlu 6-cı polis bölməsinə ərizə ilə məlumat verərək bildirib ki, noyabrın 21-də saat 02:00 radələrində Xırdalanda "İstisu" kafesinin qarşısında 4 nəfər naməlum şəxs onu döyüb, cibindən 900 dollar, 425 manatını götürərək qaçıblar.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma başlayıb.
 





23.11.2012    çap et  çap et