525.Az

Rusiya prezidenti İlham Əliyevi təbrik etdi


 

Rusiya prezidenti İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, V. Putinin məktubunda deyilir:
 
“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm. Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm.
 
Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək. Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm”.

 





23.12.2014    çap et  çap et