525.Az

MSK sədri Binəqədidəki qalmaqallı videodan danışdı


 

MSK sədri Binəqədidəki qalmaqallı videodan danışdı<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermədə iştirak edib.

M.Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

MSK sədri bələdiyyə seçkilərinin baş tutduğunu deyib.

O, guya bülletenlərin kütləvi halda qutuya salınması ilə bağlı sosial şəbəkədə yayılan videoadan da danışıb. MSK sədri kadrlarla bağlı araşdırma aparıldığını deyib.

"Pozuntularla əlaqədar hələlik komissiyaya heç bir müraciətin daxil olmayıb", - deyə Məzahir Pənahov bildirib.

Modern.az

 





23.12.2014    çap et  çap et