525.Az

Sərkisyanın kortejinə atəş açılıb


 

Sərkisyanın kortejinə atəş açılıb<b style="color:red"></b>

Ermənistanda prezidentin mühafizə avtomobilinə atəş açan şəxs yaxalanıb.

Lent.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə İrəvanın “Zvartnos” aeroportuna gedən yolda baş verib.

Sərkisyanın mühafizə xidmətinin rəisi Qraç Arutyunyanın dediyinə görə, prezidentin korteji aeroporta gedərkən qarşı tərəfdən gələn avtomobildən onlara tərəf atəş açıb.

Arutyunyan bildirib ki, atəşi Eçmiədzin şəhər sakini açıb. Onun bu hərəkəti hansı məqsədlə etdiyi bəlli deyil.

 





23.11.2012    çap et  çap et