525.Az

Nazir klipdən danışdı


 

Nazir klipdən danışdı<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Xaçmazım” mahnısına çəkilmiş klipin haqqında danışıb.
 
Lent.az-ın məlumatına görə, bu gün Xaçmaz rayon mədəniyyət və turizm şöbəsinin yeni inzibati binasının açılışına qatılan nazir klipin rayonun mədəni həyatını əks etdirdiyini bildirib.
 
O qeyd edib ki, mahnının musiqisini və ifaçılığını yüksək qiymətləndirdiyini bildirib. “Ümidvaram ki, bütün xaçmazlıların da daim dinləyəcəyi və izləyəcəyi bir musiqi olacaq”.
 
Qeyd edək ki, “Xaçmazım” mahnısının sözləri Vahid Əzizə, musiqisi Tahir Əkbərə məxsusdur. Regionda ilk dəfə həyata keçirilən layihə Regional Televiziyaya məxsusdur. 4 gün ərzində lentə alınan klipdəki səhnələr rayonun tarixi abidələri, diqqət çəkən tikililəri və istirahət məkanlarında çəkilib.
 





23.12.2014    çap et  çap et