525.Az

MSK sədri: "Bələdiyyə seçkiləri baş tutub"


 

MSK sədri: "Bələdiyyə seçkiləri baş tutub"<b style="color:red"></b> Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
 
APA-nın məlumatına görə,  M. Pənahov deyib ki, müşahidəçilər həm səsvermə prosesini, həm də səslərin sayılması prosesini izləyiblər.
 
MSK sədri bələdiyyə seçkisinin baş tutduğunu bildirib. Onun sözlərinə görə, MSK-ya səsvermənin nəticələrinə ciddi kölgə sayacaq müraciət daxil olmayıb. ELS Müstəqil Apaşdırmalar Mərkəzinin keçirdiyi exit-pollun seçki fəallığı ilə bağlı açıqladığı göstərici (38,3 faiz) MSK-nın seçki fəallığı ilə bağlı açıqladığı göstəricidən ciddi fərqlənməyib.
 
İndiyə qədər 105 seçki dairəsindən  3509  protokol daxil olub. Hesabat vermiş 3509 seçki məntəqəsindən, yəni məntəqələrin 70 faizində daxil olan  1 304 937 bülleten sayılıb. Formalaşmış 1024 bələdiyyə üzrə 11 min 926 lider namizədlər müəyyənləşib. M. Pənahov dekabrın 24-də günortaya qədər bütün bələdiyyələr üzrə lider namizədlərin məlum olacağını açıqlayıb.
 
M. Pənahov qeyd edib ki, 20 gün müddətində şikayətlər olmasa, MSK seçki prosesinə yekun vuracaq.
 
Qeyd edək ki, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçilib. Bələdiyyə seçkilərində  37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. Seçkilərdə 8 siyasi partiya – Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası  bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak ediblər.

Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə iştirak ediblər.
 





24.12.2014    çap et  çap et